passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
a26ea9a06a0e78e3
Hörümçək-adam
Burada o, otaq yoldaşı və ən yaxın dostu Harri Ozborn və sevgilisi Qven Steysi ilə tanış olur. Daha sonra Mey xala onu Meri Ceyn Uotsona təqdim edir. Piterin Harrinin narkotik maddələrlə bağlı problemi ilə əlləşməsi, üstəlik Harrinin atası Normanın onun əzəli düşməni Yaşıl qoblin olduğunu öyrənməsi onu bir müddət kosty...
01005dbded89c3c5
Hörümçək-adam
Bu kostyumun mənşəyi "Secret Wars" komiks seriyasında Yerin əsas superqəhrəmanları və supercinayətkarları arasında xarici planetdə baş tutan döyüşdə iştirakı ilə bağlıdır. "The Amazing Spider-Man" komiksinin 252-ci sayında qayıdanda kostyumu geyinməyə davam edir. Personajın uzun müddət dəyişilməyən dizaynındakı bu dəyi...
f878c6d95c296c9b
Hörümçək-adam
2005–2006-cı illərdə nəşr olunmuş hekayələrdə (məsələn, "The Other") o yeni hörümçək gücləri əldə edir: bioloji toratanlar, qollarından çıxan zəhərli iynələr, insanları arxasından sancmaq, gücləndirilmiş Hörümçək hissi və gecə görüşü, artırılmış güc və sürət. Piter daha sonra Yeni Qisasçıların üzvü olur və əsl şəxsiyyə...
906f97df68614f56
Hörümçək-adam
Parker Industries şirkətinin qurulmasından sonra Piter Parker milyonçuya çevrilir. 2014-cü ilin dekabrında "Death of Wolverine" komiksindən sonra Hörümçək-adam Cin Qrey məktəbinin yeni direktoru olur və Şimal porsuğunun "Wolverine and the X-Men" komiks seriyasındakı rolunu götürərək İks-adamlar hekayələrində daha tez-t...
8571f928354ee0c0
Hörümçək-adam
Bu cihazlardan ən vacibləri hərəkət etməsinə və düşmənlərinə qarşı döyüşməsinə kömək edən mexaniki toratanlar, eləcə də, işıq mənbəyi və xəbərdarlıqedici funksiyaları daşıyan hörümçək-siqnaldır. Köməkçi personajlar Hörümçək-adamın işləndiyi komikslərdə bir çox köməkçi personajlardan istifadə olunmuşdur. Valideynləri öl...
157637e2c6b7a928
Hörümçək-adam
Felisiya Hardi (Qara pişik) də bir müddət Hörümçək-adamın solo superqəhrəman sevgilisi və partneri olmuşdur. Yazıçılar və rəssamlar Hörümçək-adam personajının mübarizə aparması üçün bir çox supercinayətkar düşünmüşdürlər. Hörümçək-adamın düşmənlərinin çoxu güclərini elmi qəzalar və ya texnologiyanın düzgün istifadə edi...
4aa791e35b870282
Hörümçək-adam
^ Yaşıl qoblin adından istifadə edən Norman Ozborn da Hörümçək-adamın əzəli düşməni hesab edilir. Yaşıl qoblin Hörümçək-adamın əsl şəxsiyyətini açan ilk şəxsdir. O, həmçinin "The Night Gwen Stacy Died" adlı çox məşhur hekayədə Hörümçək-adamın sevgilisinin ölümünə səbəb olaraq komikslərdə Gümüş dövrün bitməsinə və Bürün...
0d75d11f0bb05297
Hörümçək-adam
Bunlardan ilki 1980-ci illərdə təqdim edilmiş və Hörümçək-adamın antropomorfik məzəli heyvan parodiyası olan Hörümçək-donuz (ing. Spider-Ham; əsl adı Piter Porker) personajıdır. Marvel 2099 kainatında Migel O'Hara adlı futuristik Hörümçək-adam kimi bir çox Hörümçək-adam imprinti yaradılmışdır. Marvel Comics 2 imprintin...
e1287a2e88aa0b9d
Hörümçək-adam
Bunların arasında radioaktiv hörümçək tərəfindən sancılan Qven Steysi və Britaniya temalı Hörümçək-BK (ing. Spider-UK; əsl adı Brayan Breddok) da var. Mədəni təsiri "Hörümçək-adamın yaradılışı" kitabında komiks yazıçı-redaktoru Pol Kupperberq personajın supergüclərini "heç də orijinal olmayan" adlandırmışdır; orijinal ...
53ff0760b0ab38e1
Hörümçək-adam
2014-cü ildə Hörümçək-adamla bağlı olan lisenziyalı məhsulların qlobal pərakəndə satışı 1,3 milyard $-a çatmışdır. Müqayisə etsək, bu, Betmen, Supermen və Qisasçılarla bağlı olan məhsulların satışından əldə olunan ümumi gəlirdən də çoxdur. Hörümçək-adam 1987–1998-ci illərdə Macy's Şükran Günü Paradına hava şarlarından ...
b4b5f0f9e700f2e8
Hörümçək-adam
"Wizard" jurnalı saytında personajı 3-cü ən böyük personaj kimi vermişdir. 2011-ci ildə Hörümçək-adam IGN-in "Bütün dövrlərin Top-100 komiks qəhrəmanı" siyahısında DC Comics personajları Supermen və Betmendən sonra 3-cü yerdə göstərilmişdir. 2012-ci ildəki "Top-50 Qisasçı" siyahısında isə 6-cı yeri tutmuşdur. 2014-cü i...
49758040516bc7ea
Hörümçək-adam
2003-cü ilin mayında Britaniya kanalı Sky Movies-də "Hörümçək-adam" filminin premyerasını təbliğ etməsi məqsədilə onun 95 metr hündürlüyündəki Lloyd binasına dırmaşması üçün ona təxminən 18.000 $ ödənmişdi. "İnsan hörümçək" Bill Stroter 1921-ci ildə Corciya ştatının Oqasta şəhərindəki Lamar binasına dırmaşmışdır. Argen...
39dcf1bea7360a82
Hörümçək-adam
Personaj 15-dən çox oyun platformasında bir çox kompüter və videooyunda peyda olmuşdur. Hörümçək-adam Sem Reyminin rejissoru olduğu və baş rolunda Tobi Maquayrın olduğu film trilogiyasında peyda olmuşdur. Trilogiyanın ilk filmi "Hörümçək-adam" 3 may 2002-ci ildə buraxılmışdır. Bu filmi daha sonra "Hörümçək-adam 2" (200...
fe24fbb9328cbcee
Hörümçək-adam
Tom Holland "Qisasçılar: Sonsuzluq savaşı", "Qisasçılar: Final" (2019), "Hörümçək-adam: Evdən uzaqda" (2019), "Hörümçək-adam: Evə yol yoxdur" (2021) filmlərində rolunu yenidən canlandırmışdır. Ceyk Conson "Hörümçək-adam: Hörümçək-kainata doğru" animasiya filmində Hörümçək-adamı səsləndirmişdir. Kris Prayn da həmin film...
dd2ed320c7070065
Viktor Hüqo
Viktor-Mari Hüqo (fr. Victor Marie Hugo; 26 fevral 1802[…], Bezanson – 22 may 1885[…], Paris) — fransız romantik şair, dramaturq, yazıçı, romançı və rəssamdır. 26 fevral 1802-ci ildə Bezansonda anadan olub və 22 may 1885-ci ildə Parisdə vəfat edib. Fransız dilinin ən mühüm yazıçılarından biri hesab olunur. Eyni zamanda...
087047e8f12b9f1b
Viktor Hüqo
Xüsusi ilə Lureksiya Bordjiya və Ryu Blaz pyesləri onu bu sahədə daha da məşhurlaşdırıb. Poetik yaradıcılığına bir neçə lirik şeir toplusu daxildir, bunlardan ən məşhurları 1826-cı ildə nəşr olunan Mədhiyyələr və Balladalar, 1831-ci ildə Les Feuilles d'automne və 1856-cı ildə Les Contemplationsdır. 1853-cü ildə nəşr ed...
25b8f4160790b5bf
Viktor Hüqo
Sülh və azadlığa bağlı olan və insan səfalətinə həssaslıqla yanaşan bir çox sosial islahatların lehinə danışması, ölüm cəzasına qarşı çıxması və vahid Avropa ideyasını dəstəkləməsi, İkinci Fransa imperiyası dövründə imperatorun əmri ilə Cersi və Gernsidə təxminən iyirmi il sürgünə göndərilməsi ilə nəticələnib. Ömrünün ...
15a157c54a099d03
Viktor Hüqo
Bioqrafiyası Uşaqlığı və gəncliyi Viktor-Mari Hüqo imperiya generalı Cozef Leopold Siqisber Hüqonun (1773–1828) və rəssam Sofiya Trebuçetin (1772–1821) ən kiçik oğludur. Onların həmçinin Yevgeni və Abel Cozef adlı iki övladı da var idi. Hüqo gizli olaraq və anasının istəyinin əksinə olaraq, uşaqlıq dostu Adele ilə evlə...
6ba8598f4e3dc19b
Viktor Hüqo
"İsland Han" (1823) ilk romanı "Yeni mədhiyyələr" şeirlər toplusu (1824) "Büq-Jarqal" (1826) povesti "Kromvel" (1827) dramı "Mədhiyyə və balladalar" (1828) "Şərq poemaları" (1829) "Marion de Lorm" (1829) dramı "Ernani"(1829) dramı "Gənc Fransa" inqilabının himni olacaq mədhiyyə (1830) "Notrdam kilsəsinin qozbeli" (1831...
dd445beb6b964fe6
Ərtoğrul Qazi
Ərtoğrul Qazi və ya Ərtoğrul bəy (bilinmir, Əhlat – təq. 1281 və ya təq. 1280, Söğüt, Biləcik ili) — Oğuz türklərinin Qayı boyunun başçısı, Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası. Adının mənası belə təsvir edilir ki, türk dilində "ər" sözünün mənası "kişi, əsgər və ya qəhrəman", toğrul isə dirilişin simvolu...
910b39e3002e5bc4
Ərtoğrul Qazi
Bu, Osmanlı bəyliyinin qurulmasına səbəb olan bir sıra tarixi hadisələrə macal verdi.Ərtoğrul, oğlu Osman və onlardan sonra gələn övladlar tez-tez "Qazi" titulu ilə qeyd edilir, bu, İslamın şərəfini yüksəltmək üçün döyüşçü olan mücahidlərə verilən addır. Tarixi mənbələr Müasiri olan İslam və Bizans mənbələri Ərtoğrulda...
9be3fdd40ea738c3
Ərtoğrul Qazi
Sikkənin ön tərəfində "Ərtoğrul oğlu Osman", arxa tərəfində isə "Gündüz Alp oğlu Ərtoğrul oğlu Osman" sözləri həkk edilmişdir. Buna baxmayaraq, digər mənbələrə istinad edərək onun atasının Süleyman şah və ya Gündüz alp olması ilə bağlı tərəddüdlərin olduğunu, tarixçilər arasında mübahisə getdiyini və beləliklə, Ərtoğru...
248362cf9cf68867
Ərtoğrul Qazi
Tayfanın əhalisi Şərqi Anadolu bölgəsində, Əhlət rayonu yaxınlığındakı otlaq ərazilərdə yaşamış və fəaliyyətlərinə davam etmişdir. Daha sonra Gündüz Alp öz qəbiləsinin Dəclə hövzəsinə köçürülməsindən 1 il sonra vəfat etdi, buna görə də tayfaya əvvəlcə oğlu Süleyman Şah, sonra nəvəsi Ərtoğrul başçılıq etdi. Qayı qəbiləs...
242f14e5f8858b50
Ərtoğrul Qazi
XIII əsrin əvvəllərində Əhlət Əyyubilərin hakimiyyəti altına keçdi.Monqolların qərbə doğru yayılması ilə birlikdə Ərtoğrulun əcdadları Əhlət bölgəsindən ayrılaraq Mardinə köçmüş və burada yenə Qayı tayfasına mənsub olan Artuqlu bəyliyi ilə ittifaq qurmuşlar. Monqollar Mardini də işğal edib yağmalamağa başlayanda Gündüz...
f7c34c15edafba2d
Ərtoğrul Qazi
Bundan sonra Ərtoğrul bəy 1231-ci ildə Kütahyaya yaxın olan Biləcik vilayətinə bağlı olan Söğüt kəndini də nəzarət altına aldığı ərazilərə qataraq öz bəyliyini qurdu. Söğüt kəndi 1299-cu ildə Ərtoğrul bəyin oğlu sultan I Osmanın idarəsi altında qurulmuş olan Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. Ərtoğrul bəyin d...
87c54c368864533d
Ərtoğrul Qazi
Bu müharibələrdən bəhs edən tək mənbə Osmanlı tarixçisi Mehmet Nəşrinin "Cahannamə" ("Cihannüma") kitabıdır. Ancaq tarixçilərə görə müharibə Anadolu Səlcuqlu dövlətinin sultanı I Əlaəddin Keyqubad ilə Xarəzmşahlar arasında 1230-cu ildə baş vermiş Yassı Çəmən müharibəsi ola bilər. Tarixçilər onu təsdiqləyirlər ki, Sulta...
951ebf3bdd86bf90
Ərtoğrul Qazi
Həmçinin, Ərtoğrul Qazinin oğlu Saru Batu Savcı bəy də 1287-ci ildə Domaniçdə baş verən döyüşlərin birində şəhid olmuş və orada da dəfn edilmişdir. Ərtoğrul Qazi basqınlarını etməyə davam etdi, I Əlaəddin Keyqubad isə Qaracahisar qalasını tərk etdi. Ərtoğrul Qazi daha sonra həmin bölgədəki yerli qüvvələrlə sülh etdi. A...
1eff7ec734687e26
Ərtoğrul Qazi
Rəvayətdə deyilir ki, Ərtoğrul Qazi Bizans imperiyasının sərhədlərinə qədər irəlilədikdən sonra ətrafdakı Bizans kəndlərini və qəsəbələrini torpaqlarına qatmışdı və oradakı əhalini mühafizə etmişdi. 1231-ci ildə I Əlaəddin Keyqubad dövlətinin qərb sərhədlərinin təhlükəsizliyinin təminatı üçün Bizansa qarşı hərbi əməliy...
d0487f1306a4d906
Ərtoğrul Qazi
Ənənəvi rəvayətlərə görə, Ərtoğrul Qazi I Əlaəddin Keyqubaddan sonrakı sultanlara da sədaqətlə xidmət etdi və 1279-cu ildə Bizans imperiyası ilə həmsərhəd olan qərb torpaqlarını ziyarət edən III Qiyasəddin Keyxosrova da biət edərək ona bol-bol hədiyyələr verdi. Ərtoğrul Qazi 90 yaşında vəfat etmiş və Söğütdə vaxtilə oğ...
98103083a5b5fc24
Ərtoğrul Qazi
Sultan III Mustafa 1757-ci ildə məqbərəni yenidən tikdirmiş və ilkin tikilinin quruluşunu dəyişdirmişdir. Son olaraq türbə 1886-cı ildə sultan II Əbdülhəmid tərəfindən restavrasiya edilmiş və buraya dəstəmaz almaq üçün su çeşməsi əlavə olunmuşdur. Ərtoğrul Qazi türbəsi altıbucaqlı bir tikili formasındadır. Türbə günbəz...
1883404a55bbbc03
Ərtoğrul Qazi
Ərtoğrul Qazi övladlarının təlim-tərbiyəsinə çox böyük önəm verirdi, buna görə də, oğlu Osman bəyi öyrətmək, ona təlim-tərbiyə vermək, ömür boyu ona rəhbərlik və bələdçilik etmək və mənəvi olaraq yetişdirməsi üçün onu dövrünün ilahiyyatçı alimi Şeyx Ədəbalıya əmanət etdi. Ona görə də, Osman həmişə şeyxinin yanına gedər...
e118a1fc57c92e24
Ərtoğrul Qazi
Tarixçilər Ərtoğrul Qazinin nəslinin mənşəyi ilə bağlı o dövrə aid mənbələrə və məlumatlara görə fərqli fikirlər söyləmişlər. İlk Osmanlı qeydləri Ərtoğrul Qazinin Osman bəyin atası olduğunu və oğuzların Qayı boyundan olduğunu göstərir. Mənbələr də Ərtoğrulun şəcərəsinin Oğuz xana və Nuh peyğəmbərə qədər gedib çıxdığın...
bb88846b21552c3e
Ərtoğrul Qazi
Tanınmış erkən Osmanlı tarixçisi Yazıçıoğlu Əlinin 1436-cı ildə Fateh Sultan Mehmedin atası sultan II Muradın dövründə yazdığı "Səlcuqnamə" adlı kitabında bildirilir ki, Ərtoğrul Göyalpın oğlu idi, onun Dündar adlı bir qardaşı və Osman adlı bir oğlu var idi.Osmanlı tarixçilərindən olan Ənvəri "Düsturnaməyi-Ənvəri" kita...
306f7624788195b9
Ərtoğrul Qazi
Kitabın müəllifi olan Şükrullah 1488-ci ildə İstanbulda vəfat etmiş, Şeyx Vəfa məscidində dəfn edilmişdir. Kitabda Osman Qazi ilə bağlı yazılır ki, o, Ərtoğrul Qazinin oğlu, Süleyman Şahın nəvəsi, Qaya Alpın nəticəsi, Qızılbuğanın kötücəsi, Oğuz xan oğlu Göyalpın isə bitikcəsi olmuşdur. Ərtoğrulun şəcərə ağacına Bəyati...
bd9e6e0725aaed57
Ərtoğrul Qazi
Kitabın bəzi hissələrində Nəşri tarixçi Aşıqpaşazadənin "Osmanlı sülaləsinin tarixi" kitabına istinad edir. Kitabda Ərtoğrulun şəcərəsi ilə əlaqədar yeni məlumatlar ortaya çıxmışdır. Belə ki, şəcərə ağacına Süleyman Şahdan başlamasına rəğmən Nəşri Süleyman Şahın ailəsini daha ətraflı təsvir etmişdir. O, kitabında bildi...
f58569966e54c63a
Ərtoğrul Qazi
Məscid ibadətxananın özündən əlavə olaraq xanəgah, qonaq evi, türbə, fəvvarə və kitabxanadan ibarətdir. Kompleks əsasən Osmanlı imperiya və xilafətinin İslam dünyasındakı mövqeyini gücləndirmək məqsədilə müsəlman ölkələrdən İstanbula səfər edən müxtəlif şeyxlər və müsəlman alimləri üçün qonaq evi kimi tikilmişdir. Məsc...
5b6bb31d516688f1
Ərtoğrul Qazi
Məscid Türkmənistanda Osmanlı imperiyasının qurucusu Osman bəyin atası olan, türklərin və türkmənlərin ortaq atası olaraq qəbul edilən Ərtoğrul Qazinin şərəfinə inşa edilmişdir.Türkmənistan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra sovet dövründə məhv edilmiş islami kimliyini bərpa etmək üçün atılan addımlardan b...
f5cb4e8e2d18a6ea
Ərtoğrul Qazi
2008-ci ilin iyununda Türkiyə prezidenti Abdullah Gül qəzanın xatirəsinə ucaldılan abidəni və qurbanların dəfn edildiyi qəbiristanlığı ziyarət etmişdir.2007-ci il yanvarın 4-də "Ərtoğrul" freqatının qalıqlarının çıxarılması və Yaponiyanın Koşimoto şəhərindəki Ərtoğrul abidəsinin yanında və Türkiyənin İstanbul Dəniz Muz...
3da381756a3fda32
Ərtoğrul Qazi
Türkiyənin ilk telekanalı olan TRT 1 2014-cü ildən 2019-cu ilə qədər beş mövsüm ərzində Ərtoğrul Qazinin həyatından bəhs edən 150 serialıq "Diriliş: Ərtoğrul" adlı teleserial hazırlamışdır. Serialda hadisələr bizim eranın XIII əsrində baş verir və Osmanlı imperiyasının qurucusu Osman bəyin atası, oğuz türklərinin Qayı ...
c931b562b57e3a69
Ərtoğrul Qazi
Serial çəkilən zaman Qazaxıstandan türk xalq döyüş rəqsləri üzrə ixtisaslaşmış köçərilər gətirilir və qonaq edilirdi, döyüşlərdə atları və xüsusi hərəkətlərdə aktyorları yetişdirirdilər. Döyüşçülər, çobanlar, qadınlar, səlibçilər, əsgərlər, Hələb ərəbləri, monqollar, bizanslılar və başqaları üçün demək olar ki, 1000 mü...
eb4047a287e8e00a
Ərtoğrul Qazi
Türkiyənin dram və siyasi televiziya serialı olan "Qurdlar Vadisi" serialında "Kral Ərtoğrul" obrazı üçün "Ərtoğrul" adından simvolik olaraq istifadə edilmişdir. Serial Türkiyəni idarə edən kriminal şəxslər və Türkiyəni başqa ölkələrdən qoruyub saxlamağa çalışan seçilmiş qurum da daxil olmaqla bir çox siyasi və iqtisad...
5def9b23e5fd6aa0
Ərtoğrul Qazi
Ərtoğrul Qazi bu əsərdə əlində qızıl qınla və qının içindəki qızıl qılıncla təsvir edilmişdir.Türkmənistan hökuməti paytaxt Aşqabaddakı "Müstəqillik" parkında Osmanlı sülaləsinin banisi Ərtoğrul Qazinin abidəsini ucaltmışdır. Pakistanın Lahor şəhərindəki yaşayış kompleksinin sakinləri də izlədikləri "Diriliş: Ərtoğrul"...
a439265b9e323b6d
Ərtoğrul Qazi
"Bəhcətüt-Təvarix" — 1949, səh. 51. Aşiqpaşazadə. "Tarix" — səh. 2–5. Xarici keçidlər 360 dərəcə görüntü ilə Ərtoğrul Qazi türbəsinə baxış. Ərtoğrul Qazinin məqbərəsi. Ərtoğrul və yoldaşlarının məzarları.
d0c90e8a2d8cba67
İşıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir. Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380–780 nanometr dalğa uzunluğuna və yaxud 789–385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradı...
2a6bfd1f71d5924e
İşıq
C. Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkand...
9bb02b439b574066
İşıq
İşığın dalğa xassəsi İşığın təbiətini aydınlaşdırmaq üçün çox əsrlər keçmiş və bu dövrlərdə müxtəlif fərziyyələr bir-birini əvəz etmişdir. Görləmlik Azərbaycan filosofları Ə. Bəhmənyar və N. Tusi işığın təbiəti haqqında fikir söyləmiş, onun zərrəcik və dalğa xassəsinə malik olduğunu bildirmişlər. İşığın təbiəti haqqınd...
e9cbf5a30af16f22
İşıq
Bu fərziyyənin banisi İ. Nyuton olmuşdur. Bu nəzəriyyəyə görə işıq mənbədən buraxılan və böyük sürətlə həhəkət edən zərrəcik selidir. Nyutonun nəzəriyyəsi ilə təxminən eyni vaxtda X. Hüygens dalğa nəzəriyyəsinin əsasını qoydu. Bu nəzəriyyəyə görə işıq mənbə tərəfindən yaradılan və efir adlanan xüsusi mühitdə yayılan da...
e071e358454fbc9f
İşıq
İşığın dalğa xassəsi işığın interferensiyası və difraksiyası hadisələrində daha əyani təzahür edir. Hər iki fərziyyə o vaxt işığın xassələrinə dair bir sıra məsələləri izah etdi. 18-ci əsrdə Nyutonun böyük nüfuzunun təsiri ilə Hyügensin dalğa nəzəriyyəsi təqribən bir əsr unuduldu. Lakin vəziyyət XIX əsrdə dəyişdi. XIX ...
76eb6a9eef38e71d
İşıq
Müəyyən hadisələrdə işıq özünü dalğa, digər hadisələrdə isə, zərrəcik seli kimi aparır. İşıq haqqında müasir nəzəriyyədə dalğa və zərrəcik təsəvvürləri vəhdətdədir. İşığın dispersiyası Əsas məqalə: İşığın dipersiyası Maddələrin sındırma əmsallarının işığın tezliyindən (dalğa uzunluğundan) asılılığı dispersiya adlanır. ...
03799b389f863e8b
İşıq
Şüalar güzgüyə düşəndə elə əks olunur ki, biz güzgüdə əşyanı boyu bərabərində görürük. Əgər şüalar kələ-kötür səthə düşürsə, onlar bütün tərəflərə əks olunur və səthi işıqlandırır. Məhz buna görə də biz işıq saçmayan əşyaları, o cümlədən planetləri və onların peykləri olan səma cisimlərini görürük. İşıq şüaları havada ...
f352fe72cee46bc8
İşıq
Rənglər həmişə müəyyən qaydada yerləşir: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Bu rəngli zolaq spektr adlanır. Rənglərin ardıcıllığını sadə cümlə ilə yadda saxlamaq olar: "Qarı Nənə Səksən Yaşında Məxmər Gülə Bənzəyir". Təbiətdə də dispersiya müşahidə olunur. Göy qurşağını yada salın. Göy qurşağı günəş i...
4078a43626599dd9
İşıq
Bu tədqiqatlar nəhayət, işığın iki təbiətli – dalğa və hissəcik təbiətli olduğunu təsdiq etdi və çox mühüm nəzəri və praktiki əhəmiyyəti olan işığın dalğa-korpuskulyar nəzəriyyəsi yaradıldı. İşığın yayılma istiqaməti Gözü parlaq işıqdan qorumaq və işığın yayılma istiqamətini dəyişmək üçün işıq mənbəyinə taxılan xüsusi ...
5b701e08240ad3e5
İşıq
İşığın kvant xassəsi M. Plankın konsepsiyası mütləq qara cismin istilik şüalanmasının qanunauyğunluğunu izah edirdi. 1905-ci ildə isə A. Enşteyn işığın kvant təbiətli olduğunu əsaslandırdı. Yəni, sübut etdi ki, nəinki işığın şüalanması, həm də onun yayılması işıq kvantları – fotonlarının axını halında baş verir. Kvant ...
3a20bd1db5018c45
İşıq
Bu hadisələr fizikanın "optika" ("optike" yunan sözü olub, görmə qavramaları haqqında elmdir) adlanan bölməsində öyrənilir. İşıq mənbələri sizə yaxşı tanışdır. Onları təbii (Günəş, ulduzlar) və süni (elektrik lampaları) mənbələrə ayırmaq olar. Düz xətt üzrə yayılması işığın ən mühüm xüsusiyyətidir. Yalnız bu halda kölg...
7732b76ec356682b
Ruhullah Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 ...
b1606841f170c87f
Ruhullah Xomeyni
1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdə...
b3de19b52480b023
Ruhullah Xomeyni
1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra İranın bu ölkəyə təzyiqindən sonra İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirir. İranın İraqa təzyiqindən sonra Xomeyni bu ölkədən Fransaya köçmüş və bir müddət Paris ətrafındakı Nofl-le-Şato ş...
4d608fb5baa6aa12
Ruhullah Xomeyni
Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə etmişdir. Həyatı boyu Amerika Birləşmiş ştatları və İsrailə düşmən münasibətləri sərgiləmiş, İsrail zülmünə qarşı Fələstinə və Livana maddi və hərbi dəstək vermişdir. [mənbə göstərin]1989-cu ildə 4 iyun tarixində Tehra...
e56cb9b10145ac98
İohann Sebastyan Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradı...
3239d5d40063c181
İohann Sebastyan Bax
Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər.Əmilərindən biri İohann Kristof Bax xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir. Bax ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və sonralar özünün "Musiqiçi Bax ailəsinin mən...
bb6936ee066e353d
İohann Sebastyan Bax
Qardaşı onu Cənubi alman musiqi məktəbinin İohann Paxelbel və İohann Yakob Forberger kimi simalarının, eləcə də Şimali alman musiqi məktəbinin, fransız musiqi məktəbinin Jan Baptist Lüli, Luis Merşan, Marin Mare kimi musiqiçilərinin və italyan musiqiçisi Gorolamo Freskobaldi və digərlərinin yaradıcılığı ilə yaxından ta...
428cf9bf1851b5cd
İohann Sebastyan Bax
Bu musiqiçilərlə olan əlaqələri onun bir bəstəkar kimi püxtələşməsinə əhəmiyyətli təsir göstərir… 1703–1708: Arnstaddan Veymara 1703-cü ilin yanvar ayında təhsilini başa vurduqdan az sonra Bax Türingiyanın böyük şəhərlərindən biri olan Veymar şəhərində Hersoq İohann Ernstin saray musiqiçisi postuna təyin olunur. Onun b...
c51df1193dfffc9e
İohann Sebastyan Bax
1703-cü ilin avqust ayında Bax Müqəddəs Bonafes kilsəsində orqan ifaçısı kimi işləməyə razılaşır. Kifayət qədər yüksək məvacib, üstəgəl yeni quraşdırılmış və böyük imkanları olan modern orqan onun tam razı salır. Bir müddət sonra Bax orqan prelüdiyalarını bəstələməyə başlayır. Bu əsərlər artıq sıx motivasiyalı nəzarət ...
c104860b42cadcea
İohann Sebastyan Bax
Bax Alman orqan musiqsinin atası hesab etdiyi Buxtehudu görmək üçün 400 km-lik məsafəni piyada qət edir. Bu səfər Buxtehud yaradıcılığının Baxın ilkin əsərləri üçün əsas rol oynaması ilə nəticələyir. Baxın nəzərdən tutulandan bir neçə ay çox Lübekdə yubanması bu qocaman usatdının Baxın sənətində nə dərəcədə mühüm rol o...
cb5659205cf4377c
İohann Sebastyan Bax
Mühlhauzenə gəlişinin dördüncü ayında Mariya Barbara Bax adlı əmisi qızı ilə evlənir. Onların yeddi uşağı olur, lakin bunlardan yalnız dördü yetkinlik yaşına çata bilir. Övladlarından iksi- Vilhelm Frideman Bax və Karl Filip Emanuel Bax Barokko dövrünün ardınca gəlmiş Rokoko üslubunda böyük bəstəkarlar olurlar. Görünür...
cd75c04affd46f60
İohann Sebastyan Bax
1708–1717: Veymar Mühlhauzendə keçirdiyi bir ilə yaxın müddətdən sonra, Bax bir vaxtlar nökər kimi işlədiyi Veymar hersoqunun saray orqanisti və konsert mayestrosu təyin olunur. Olduqca səxavətli məvacib və tamamilə böyük və yüksək peşəkar musiqiçiləır heyəti ilə işləmək imkanı bu keçidi daha da sürətləndidir. Bax ailə...
2e15794a62342fbb
İohann Sebastyan Bax
Kontrapunkt texnikasının ustası olan Bax fuqalarını məhz Veymarda yazmağa başlayır. Bütün fuqalarının ıks olunduğu Das wohltemperietre Clavier adl ən böyük toplu bir cüt major və nisbi minor olamaqla 48 prelyuda və fuqadan ibarətdir. Bu əsər kontapunk texnikasının istifadəsi və tədqiqində ilk fundamental əsər sayılır. ...
1a2e698abc3abf4d
İohann Sebastyan Bax
Bu əsər Baxın həyatının iki əsas qayəsini — musiqini tədris etməyə olan hədsiz bağlılığı və xor musiqisinə olan hədsiz məhəbbətini təşkil edir. 1717–1723-cü illər: Köten Bax bir daha özünün musiq maraqlarında uyğun daha münsabi iş axtarışlarıan çıxır. Anhalt-Köthen şahzadəsi Baxı kapelmesyter vəzifəsinə dəıvət edir. Öz...
7ddce49ce208b3b0
İohann Sebastyan Bax
Skipka üçün ilk sontasının giriş səhifəsindəki şəkil bəstəkarın əlyazmasını təsvir edir. Məhur Brandenburq konsertləri də bu dövrdən etibarən yaranmağa başlayır. 1720-ci ilin 7 iylunda Bax şahzadə Leopolda xarici səfərdə olduğöu müddətdə həyat yoldaşı Mariya Barbara qəflətən vəfat edir. Növbəti il Bax Köthen sarayının ...
2cbf18ea9123961f
İohann Sebastyan Bax
Qızlarından isə Baxın tələbəsi İohann Kristof Altnikolla evləınmiş Elizabet Yuliane Frederika, İohanna Karolina və Regina Suzanna yetkinlik yaşlarına çatırllar. 1723–1750-ci illər: Leyspiq 1723-cü ildə Bax Leypçiqdə Thomaskirche (Müqəddəs Tomas Lüteran kilsəsi) yaxınlığındakı Thomasschule-nin (Müqəddəs Tomas məktəbi) k...
692b2d70b4300fbb
İohann Sebastyan Bax
Baxın təyinatına razılıq müqabilində anti-mütləqiyyətçilər Müqəddəs Tomas məktəbinə nəzarəti ələ keçirirlər və Baxdan iş şəraiti ilə bağlı bəzi güzəştlərə getmək tələb olunur. Baxmayaraq ki, şəhər bələdiyyəsində Baxın musiqi dühasına heç kim şübhə etmirdi, bununla belə özünü şəhər kilsə musiqisinin rəhbəri kimi aparan ...
86b1557d4556db7d
İohann Sebastyan Bax
Ruft uns die Stimme və Nun komm, der Heiden Heiland kimi ənənəvi kilsə himnlərindən ilham mənbəyi olaraq istifadə olunurdu. Bu əsərləi məşq və ifa elemək üçün o çox güman ki ya klavesinin arxasında oturur, yada kilsənin qərb qurtaracağındakı orqan arxasında xorun önündə, arxası isə konqreqasiya tərəf durardı. O üzü yuv...
c834a96f5fc0b1be
İohann Sebastyan Bax
Orqan və ya klavisini çox zaman bəstəkar özü ifa edirdi. Xoru idarə etməli olduqda isə klavisin və ya orqan arxasına ya ştatda olan musiqiçilərdən biri,yada böyük oğlanlarından biri — Vilhelm Frideman və ya Karl Filip Emanuel keçirdi. Bax soprano və alt səsləri üçün məktəbdən, tenor və bass səsi üçün isə nəinki məktəbd...
087b0c82b9b4bf13
İohann Sebastyan Bax
1720-ci illərin əksəriyyətini kantatalar yazmağına sərf edən Bax Leyspiqin iki əsas kilsəsi üçün çox zənin kilsə musiqi repertarı toplayır. Bir az sonra bəstəkar litirgiyadan ayrlımaq və yaradıcılıq fəaliyyətini daha da genişləndirmək barədə düşünür. 1729-cu ilin mart ayında Bax 1701-ci ildə dostu Georq Filip Teleman t...
4a753293beb34ddf
İohann Sebastyan Bax
Bu məqsədlə kofe evinin sahibi musiqiçiləri geniş bir zal və bir neçə musiq aləti ilə də təmin edir. Baxın 1730, 40 və 50-cillərdə bəstələdiyi əsərlərin əksəriyyəti çox güman ki Collegium Musicum üçün yazılmışdır. Bu əsərlə sırasında Clavier- Übung əsərinin bəzi parçaları və skipka və klavesin üçün kosertlərinin böyük ...
40b22a75f9aa1cc0
İohann Sebastyan Bax
Sağlığında messa bütövlükdə ifa olunmuamışdı. İndi də bu əsər bütün dövlərin ən mükəmməl əsəri hesab olunur. 1737 və 1739-cu illər aralığında Collegium Musicuma Baxın tılısbısi Karl Qothelf Gerlax rəhbərli edir. 1747-ci ildə Bax Prusiiay kralı İİ Frridrixin Potsdamdakı sarayına gedir. Burada kral Bax üçün bir parça ifa...
27a126f00cc71322
İohann Sebastyan Bax
Ölümündən sonra nəşr olunumuş və çox güman ki, bəstəkarın ölümündən bir neçə il övvəl yazılmlş "Fuga Sənəti" (The Art of Fugue) əsəri tamamlanmamışdır. Bu əsər sadə melodiyalı 18 mürəkkəb fuga və kanondan ibarəıtdir. Tematik transformasiyaların və kontrapunkt alətlərin magnum opusu (ın məışhur nümunısi) hesab olunan bu...
c1f62614d273446b
İohann Sebastyan Bax
Ömrünün sonlraına yaxın Bax görmə qabiliyyətini itirmıəyə başlayır və 1750-ci ildə Britaniyalı oftamoiloq Con Teylor (Handelin gözlərini uöursuz əməliyyat etmi h\kim) Leypçiqə sıfri zamanı Baxın gözlərində cərahiyyə əmliyyatı aparırı. Bax 1750-ci ildə 65 yaşında əməliyyatın uğursuz nəticələri səbəindən vəfat edir. Onun...
9a6c1aa8f461dd2d
İohann Sebastyan Bax
Bax vı xanımı Anna Maqdalena Almaniyanın bütün güşələrindən olan dostları, ailələri və musiqçi həmkarlarını böyük sevinc hissi ilə evlənirə dəvət edirdilər. Dezdendən və Berlindən olan saray musiqişçiləri, və adi musqiçilərdən Georq Filip Teleman (oğlu Emanuelin xaç atalarında biri) te-tez Baxın evinı qonaq gələr vı on...
f1ce9d401a48be0b
İohann Sebastyan Bax
Yeniyetməlik və 20 yaşlarında yazdığı musiqilər onun musiqi ideyalarının böyük-miqyaslı quruluşda ifadə etmək bacarığının, eləcə də improvizəli prelüdalarda Buxtehudiya modelilini və azca mürrəkəb quruluşlu kontrapunktlarının zənginləşdirməsi aydın görünür. 1713–1714-cü illərdə Veymar saray orkestririnə böyük İtalyan m...
9741ba3be859d5ce
İohann Sebastyan Bax
Bax isə o dövrdə öz musiqilərində bu melodiyaları o dərəcədə incəliklə işləyirdi ki, ifaçılara yeni əlavələr etməsinə imkan belə yaratmırdı. Bu ona ifa əlavələrini məhdudlaşdıran və özünün həddindən çox bəyəndiyi sıx kontrapunkt teksturalarına nəzarət etməyə imkan vermişdir. Baxın kontrapunkt teksturaları Handel və dig...
32c2d59cf08d965f
İohann Sebastyan Bax
Onların yeddi uşağı dünyaya gəlir. Katerina Doroti (1708–1774) Vilhelm Fridman (1710–1784) Karl Filip Emanuel (1714–1788) İohann Gotfrid Bernard (1715–1739)Mariya 1720-ci ildə vəfat edir və bir il sonra Bax Anna Mqadalena Villke adlı qadınla evlənir. Bu qadından Baxın daha on üç övladı dünyaya gəlir. Bunlardan yalnız a...
60b5bb8e3d27ae51
İohann Sebastyan Bax
Bu kataloq Volfqanq Şmeyder tərəfindən tərtib edilmiş və 1950-ci ildə çap edilmişdir. Kataloq xronoloji deyil, tematik ardıcıllıqla tərtib edilmişdir. BWV 1–224 kantatalar, BWV 225–249 iri-miqyaslı xor əsərləri, BWV 250–524 xor və ilahi musiqilər, BWV 525–748 orqan əsərləri, BWV 772–994 digər klavişli aletlər üçün əsər...
6629209f36e86ddc
İohann Sebastyan Bax
Musiqisindəki şimali alman təsirləri Geroq Böhm və Ditrix Buxtehude kimi bəstəkalrladan qaynaqlanır. Bax fransız və italyan bəstəkarlarının musqiliırnə tez-tez mürəciət edib onların musiqi üslublarını dərindən öyrənir və Vivaldi və digər bəstkarlaın skirpka üçün konsertlırini orqan və lavesində ifa edir. Yaradıcılığın ...
1a72105446155a00
İohann Sebastyan Bax
Bax klavesin üçün də çoxlu sırlərə yazmişdir. Bu əsərlərin əksəriyyıti məcmuə xarakteri daşıyıb bütöv bir nəzəri sistemi ensiklopedik formada göstərir. Tam-temperasiyalı Klavir, İ və İİ kitablar (BÜV 846–893) Kitablar hərəsində 24 major və 24 minor səslərədə preluda və fugalar (bəzən bu məcmuə sadəcə "48-lər" adlanır)....
662716a102ee0791
İohann Sebastyan Bax
Goldberq Variyasiyaları (BÜV 988) -otuz variyasiyalardan ibarət ariya. Fransız üslubunda üvertura (Fransız Üverturası, BÜV 831) , Xromatik Fantazia və Fuga (BÜV 903) və İtalyan konserti (BÜV 971). Orkestr və kamera musiqisi Bax ayrı-ayrı musiqi alətləri, eləcə də, duetler və kişi ansambllar üçün musiqilər yazırdı. Baxı...
1c891ac41c46af57
İohann Sebastyan Bax
Baxın orkestr üçün ən məşhur əsəri Brandenburq konsertləridir. Bax bu əsəri 1721-ci ildə Brnadenburq-Şvedt əyanı Margreyv Kristian Lüdvigin sarayında musiqiçi olmaq arzusu ilə yazmış, lakin rədd cavabı almışdır. Bu əsərlər concerto grosso janrında yazılmışdır. Konsert janrında yazdığı digər əsərlərə iki skripka konsert...
3cd08bd3c3d767e3
İohann Sebastyan Bax
3-ün əsasında skripka üçün yazılmışdır. Vokal və xor əsərləri Bax Lüteran kilsəsinin illik təqviminə uyğun olaraq həftəlik mühazirə miozələri əsasında Tomas kilsəsində hər bazar kantatalar ifa edərdi. Bu ifalarında başqa bəstəkarlara müraciət etsə də, özü də üç kantata seriyası yazmışdır. Ümumilikdə Bax 300-dən artıq d...
8a2a2c8d93fa361d
İohann Sebastyan Bax
Buraya Toy Popurisi, Kəndli Kantatası və Qəhvə Kontatası kimi toy kantataları da daxildir. Sonuncuda atasının qızına bu içkiyə olan aludəçiliyini atmasa onun əsər getısinı icazə verməyəcəyi ilə bağlıdır. Baxın böyük xor-orkestra əsərlərindən Müqəddəs Mateyonun ehtirasları və Müqəddəs Conun ehtirasları və Milad Günün Or...
830ce11292e7c738
İohann Sebastyan Bax
Baxa məxsus Lüteran ruhanisi Abrham Kalovun İncilə şərhinin iki nüsxəsi 1950-ci illərdə Minnesotada saman nabarından tapılmışdır. Görünür nüsxələr Almaniyadan immiqrnatlar tərəfindən Amerikaya gətirilimişdir. Nüsxələrin mənbələri yoxlanılmış və onlar Missusiridəki Konkordiya seminariyasının nadir kitablar güşəsinə veri...
c5de75fc51043d8f
İohann Sebastyan Bax
Və ya əskisən müasir dövr musiq alətlərindən istifadə etməklə və daha böyük ansamldan istifadə etməklə müasir ifa tərzi. Baxın vaxtında orkestra və xorlar adətən kiçik idilər . Baxın ən çox kamera musiqisi ifaçıya daha böyük imkan açır və musiqi istənilən ansamblda ifa oluna bilər. Baxın musiqilərinin "yüngül musiqi" q...
66eac72f3e15ee6f
İohann Sebastyan Bax
Yaradıcılıq irsi Ömrünün sonlarına yaxın və ölümündən sonra bir bəstəkar kimi Baxa olan maraq azalır. Onun əsərləri yenicə formalaşmaqda olan klassik musiqi üslubu ilə müqayisədə köhnəlmiş, dəbdən düşmüş saylır. Onu bəstəkardan çox ifaçı, müəllim və iki bəstəkar (İohann Kristian və Karl Fillip Emanuel) atası kimi qəbul...
a073643a33b4cbf4
İohann Sebastyan Bax
Sonra Motsart əsərdən bütün parçalar əlində, dizinin üstünə qyolmuş vəziyətdə ən yaxın kətildə əyləşir. Ətrafındakı hər şeyi unutmuş halda, Sebastyan Baxın bütün musiqisinə nəzər salana qədər yerindən durmur. Bethoven də Bax musqisinin əs sadiq pərəstişkarlarınd olmuş, uşaq yaşlarında onun Tam-temperasiyalı Klavir əsər...
0c23f9a497f696d8
İohann Sebastyan Bax
Himn və dini əsərlərdən tutmuş pop və rok musiqinsində də Bax musqisinin təsiri aydın görünməkdədər. Bax melodiyalarının əksəriyyəti — xesusilə də D minorda Tokkota və Fuga əsəri dönə-dönə rok musiqilərində istifadə olunmuş və geniş populyarlıq qazanmı.şdır. İohann Nikolasu Forkelin 1802-ci ildə bəstəkarın həyatından b...
fd9bab113fba3ab3
İohann Sebastyan Bax
Mendellson 1829-cu ildə Berlində verdiyi konsertdə Baxın Müqəddəs Mateyonun Ehtirasları srini iafsı ilə Baxmusiqsini yenidən həyata qaytarmışdır. Konsertdə iştirak edən Hegel Bax musiqisini belə xarakterizə etmişdir:" Möhtəşəm, həqiqi Protestant, sağlam ruhlu , belə desək, tam dəyərini yalnız indi başa düşdüyümüz erudi...
6425cab31d7ac67d
İohann Sebastyan Bax
Məslən, List BACH motivləri əsasında praeludium və fuga b\s\tləmişdir (həm orqan, həm də piano versiyasında mövcuddur). Bir çox dahi bəstəkarla Bax xatirəsinə həsr etdikləri \s\rlər yazmışlar. Bunlardan Bethovenin Diabelli variyasiyaları, Şostokoviçin Preluda və Fugaları, Brhamsın E-minorda Violneç Sonataların göstərmə...
1c9ae138da164f7f
İohann Sebastyan Bax
Voyager kosmik tətqiqatlarının iki missiyası üçün seçilmiş Voyager Golden Record qramofon valına seçilmiş 27 musiqdən 3-ün müəllifi Bax olmuşçdur. Baxın ümumilikdə on iki öladının olamsına baxmayaraq onlardan yalnız yeddsi yaşaya bilmişdir. Onun günümzdə məlum olan törəmələri mılum deyildirş. Onun 13 may 1871-ci ildə v...
91c7d5121ee347bd
İohann Sebastyan Bax
Bax həmçinin çoxsəsli (polifonik) musiqinin "atası" sayılır. Dahi bəstəkarın ölümündən sonra qoyub getdiyi zəngin musiqi irsi bir müddət diqqətdən kənarda qalıb. XIX əsrdə digər dahi alman bəstəkarı Mendelson Baxın musiqisini yenidən "kəşf edir". İntellektual zənginliyi, texniki mükəmməlik və bədii gözəlliyi ilə seçilə...
5f294e97b612fa82
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və A...
1f38f3c5481ecd2b
Litva
Litva Polyaklarının Seçimi, lider: V. Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A. Zuokas. Liberal — Demokrat Partiyası, lider: V. Mazuronis. Litva Sosial — Demokrat Koalisiyası, lider: A. M. Brazauskas. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Litva əhalisi 3199,8 min nəfər idi. Onlardan 2142,...